“Roma” üçün təhlükə – texniki məğlubiyyət verilə bilərbackend

İtaliya A seriyasının I turunun “Verona” – “Roma” oyununun nəticəsi ləğv edilə bilər.

Sportfan.az xəbər verir ki, romalılar 0:0 hesabı ilə başa çatan matçda texniki məğlubiyyət almaq təhlükəsi ilə üzləşib.

Buna səbəb meydana sifariş olunmayan futbolçunun çıxmasıdır. Start heyətində yer alan qvineyalı Amadu Diavara “Roma”nın gənclərdən ibarət komandasında sifariş olunsa da, adı əsas heyətə daxil edilməyib.

Əsasnaməyə görə paytaxt klubuna texniki məğlubiyyət verilməlidir. Oxşar hadisə 4 il öncə də yaşanıb. Həmin vaxt “Peskara” ilə görüşdə “Sassuolo” xətaya yol verib. Lakin futbolçunun adının əsas deyil, gənclər komandasının heyətinə daxil edilməsinin texniki səhv olması da mümkündür.

Qeyd edək ki, 23 yaşlı Diavara 2019-cu ildə “Napoli”dən “Roma”ya keçib. O, ötən mövsüm əsas komandada 31 oyuna 1 qol vurub.