“Roma”nın müdafiəçisi PSJ-də – Rəsmibackend

PSJ heyətinə yeni futbolçu cəlb edib.

Sportfan.az klubun saytna istinadən xəbər verir ki, Paris təmsilçisi “Roma”nın müdafiəçisi Alessandro Florenzini 2020/2021 mövsümünün sonuna kimi icarəyə götürüb.  PSJ-nin 29 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödədiyi bildirilib. Klub mövsümün sonu 9 milyon avro ödəyərək italiyalı futbolçunu birdəfəlik almaq hüququna malikdir.

Qeyd edək ki, Florenzi yeni klubunda 24 nömrəli forma geyinəcək.