“Roma”ya keçməkdən imtina etdi- “Napoli”nin hücumçusubackend

İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik “Roma”ya keçməkdən imtina edib.

Sportfan.az xəbər verir ki, polşalı hücumçu 5 illik müqavilə bağlamaqdan boyun qaçırıb.

Hərçənd, romalılar ona indiki klubundan daha çox – ildə 5 milyon avro vəd edirdi. İmtinanın “Tottenhem”in təklifi ilə bağlı olduğu bildirilir. Çünki Milik İngiltərə təmsilçisinin əsas transfer hədəfidir.

Londonlular 26 yaşlı forvarda həftəlik 90 min funt-sterlinq maaş verməyə razıdır.