Ronald Kuman Barcelona-dakı gələcək fəaliyyətindən danışdıbackend

Barcelona-nın baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib.

Sportfan.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

“Düşünürəm ki, bu, Barcelona-da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən arxayınam. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır”, – Kuman deyib.

Qeyd edək ki, İspaniya çempionatının qalibi Atletico olub. Klub 38 görüşdə 86 xal yığıb. Real Madrid turnir cədvəlində ikinci yerə qərarlaşıb. Komandanın 84 xalı var. Siyahıda üçüncü yerdə Barcelona mövqe tutub. Komanda 79 xal toplayıb. (report)