Ronald Kuman “Barselona”da – Rəsmibackend

Ronald Kumanın “Barselona”ya baş məşqçi təyinatı rəsmiləşib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müavilə imzalanıb.

“Barselona”ya görə 2018-ci ildən çalışdırdığı Niderland millisindən ayrılan Kuman yeni komandasında  bir neçə gün əvvəl istefaya göndərilən Kike Setyeni əvəzləyib.

Qeyd edək ki, niderlandlı mütəxəssis 1998-2000-ci illərdə Kataloniya klubunda köməkçi məşqçi kimi çalışıb. O, futbolçu kimi də 1989-1995-ci illərdə bu komandanın şərəfini qoruyub.