Ronaldo A Seriyasında hamını qabaqladıbackend

Juventus-un hücumçusu Kriştiano Ronaldo 2020/2021 mövsümündə A seriyasının ən yaxşı bombardiri olub.

Sportfan.az  xəbər verir ki, portuqaliyalı hücumçu başa çatan mövsümdə 33 matçda 29 qol (6-ı penaltidən) vurub. İnter-dən Romelu Lukaku (24) 2-ci, Atalanta-dan Luis Muriel (22) 3-cü olub.

Xatırladaq ki, ötən mövsüm İtaliya çempionatının ən yaxşı bombardiri 36 qol vuran Lazio-nun forvardı Ciro İmmobile idi.