Ronaldo getmək istədiyi klubun adını açıqladıbackend

“Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo PSJ-yə keçmək barədə düşünürmüş.

Sportfan.az xəbər verir ki, 2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Lokomotiv”lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldo özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.

Məhz orada Ronaldo PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun braziliyalılarla münasibətləri yaxşıdı. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.

Koronavirus pandemiyası ilə əlaqədar yaranan situasiya Ronaldonun planlarına təsir edib. Ulduz futbolçunun fikrini dəyişdiyi bildirilir.

2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldo 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.(Fanat.az)