“Yuventus”un hücumçusu Kriştianu Ronaldo tarixə düşə bilər.
Sportfan.az saytının məlumatına görə, portuqaliyalı superulduz bunun üçün 1 qol vurmalıdır.
35 yaşlı oyunçu bunu bacararsa, Premyer Liqa, La Liqa və A seriyasında minimum 50 qol vuran ilk futbolçu olacaq. Ronaldo buna qədər “Mançester Yunayted”lə İngiltərə çempionatında 84, “Real”la isə İspaniya çempionatında 311 dəfə fərqlənib.
Qeyd edək ki, “Böyük beşlik” ölkələrindən 3-də minimum 50 qol həddinə çatan ilk oyunçu Edin Dzeko olub. O, İtaliya, İngiltərə və Almaniyada bunu reallaşdırıb