Ronaldo və Platini rekorda şərikdirlərbackend

UEFA Avropa çempionatlarının final mərhələlərində ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Sportfan.az  xəbər verir ki, siyahıya Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo və Fransa yığmasının sabiq oyunçusu Mişel Platini başçılıq edir. Onlar 9 dəfə rəqib qapılarına yol tapıblar. İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer isə ən çox qol vuran (7) 3-cü şəxsdir.

Qeyd edək ki, Kriştiano Ronaldo eyni zamanda Avropa çempionatlarının final mərhələləri tarixində ən çox oyun keçirən futbolçudur. O, 21 matçda meydanda olub.