Ronaldo yeni rekordlar müəyyənləşdiribbackend

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb.

Sportfan.az xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXXIV turunda “Latsio” ilə matçda nail olub.

Portuqaliyalı forvard İtaliya çempionatı tarixində 50 qola ən tez çatan futbolçudur. Ronaldu 61 qarşılaşmada 50 dəfə fərqlənib.

Hücumçu həmçinin İtaliya, İngiltərə və İspaniya çempionatlarında ən az 50 qol vuran ilk oyunçu kimi də tarixə düşüb.

Ronaldu 1952-ci ildən bəri Turin təmsilçisində bir mövsüm ərzində 30 qol vuran ilk futbolçu olub.