Ronaldo “Yuventus”a keçməyini istəyir- Benzemanınbackend

“Real”ın futbolçusu Kərim Benzema karyerasını “Yuventus”da davam etdirə bilər.

Sportfan.az “Sportitalia”ya istinadən xəbər verir ki, Turin klubunun hücumçusu Kriştiano Ronaldo sabiq komanda yoldaşını A seriyası təmsilçisini görmək istəyir. Portuqaliyalı hücumçu ona artıq “Yuventus”a keçməyi təklif edib. Klub rəhbərliyinin də fransalı oyunçunun almaqda maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”da oynayır. Ronaldo və Benzema Madrid təmsilçisində komanda yoldaşı olublar.