Rövnəq Abdullayev səxavət kisəsinin ağzını açdı və… BÖYÜK ƏNAM!backend

Azərbaycan yığması dünən Millətlər Liqasında növbəti oyununu keçirib.

C liqasının 1-ci qrupunda yer alan millimiz II tur çərçivəsində Kiprlə qarşılaşıb.

Turnirə Lüksemburqla ev oyunundakı 1:2 hesablı məğlubiyyətlə başlayan Canni de Byazinin komandası ilk səfər matçına çıxıb. Qarşılaşmanın start fiti ilə üstünlüyü ələ alan millimiz ilk yarıda hesabı açıb.

Kapitan Maksim Medvedev meydan sahiblərini məyus edib. Matçın taleyini həll edən bu top müdafiəçinin yığmada 4-cü qolu olub. Bununla da yığmamız həm turnirdə, həm 2020-ci ildə, həm də de Byazinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

AFFA prezidenti Rövnəq Abdullayev əldə edilən nəticəni qiymətəndirib. Belə ki, 3 xal əsas heyət üzvlərini 15000 manat irəli salıb.

Sonradan meydana daxil olanlara bu rəqəmin 75 faizi ödəniləcək. Ehtiyatda qalanlar 50 faiz, adları iştirak ərizəsinə düşməyənlər isə 25 faiz mükafat alacaq.

SPORTİNFO.AZ