Rüfət Dadaşov ABŞ-da 6-cı qolunu vurdubackend

ABŞ USL çempionatında 9-cu turun oyunları keçirilib.

Sportfan.az xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” səfərdə “Las Veqas Layts”la üz-üzə gəlib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Rüfət Dadaşov meydana  start heyətdə daxil olub və sonadək oynayıb. O, 5-ci dəqiqədə hesabı açıb, 68-ci dəqiqədə isə dəqiq qol otürməsi verib. Bu, futbolçunun cari mövsümdə 6-cı qolu olub.

Qeyd edək ki, “Finiks Rayzinq” 9 oyundan sonra 20 xalla B qrupunda liderliyi davam etdirir.