Rüfət Dadaşov ABŞ-da rəmzi komandadabackend

ABŞ-ın “Finiks Rayzinq” klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi komandasına düşüb.

SPORTFAN.AZ xəbər verir ki, 6-cı turda “El Paso” ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayan 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb. Dadaşovun  komanda yoldaşı – qapıçı Erik Dik də ən yaxşı 11-likdədir.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 4 qol vurub. O, bombardirlərin siyahısında 2-ci pillədədir.