Rusiya klubu oyuna çıxmaqdan imtina etdi- koronavirusa görəbackend

Rusiya Premyer Liqasının XXIX turunun “Tambov” – “Soçi” oyunu keçirilməyəcək.

Sportfan.az saytının məlumatına görə, buna səbəb ikincilərin 9 nümayəndəsində koronavirus aşkarlanmasıdır.

Çempionat təşkilatçılarının bəyanatında bildirilib ki, “Soçi” klubu bu gün baş tutmalı olan matça çıxa bilməyəcəyini açıqlayıb. Bu üzdən “Soçi”yə texniki məğlubiyyətin verilməsi gündəmdədir. Belə olarsa, “Tambov” aktivinə 3 xal yazdıracaq və “Orenburq”la yanaşı, “Krılya Sovetov”un elitanı tərk etməsi rəsmiləşəcək.

Qeyd edək ki, Premyer Liqanın XXIII turunda “Rostov” eyni halla üzləşdiyi üçün “Soçi” önünə U-17 komandası ilə çıxıb və 1:10 hesabı ilə məğlub olub.