Rusiya klubunda 3 futbolçu virusa yoluxdu- Oyundan sonra bilindibackend

İyulun 8-i Rusiya Premyer Liqasının 27-ci turunun “Rostov”a qarşı matçından sonra “Ufa” komandasının üç futbolçusunda koronavirus simptomu aşkarlanıb.

Sportfan.az xəbər verir ki, bu haqda RBK agentliyinə klubdakı mənbə bildirib.

Qeyd edilib ki, oyundan əvvəl bütün futbolçular koronavirus testi verib və nəticələr neqativ olub. Amma şənbə günü üç oyunçuda koronavirusun simptomlarına rast gəlinib.

Mənbə bildirib ki, komanda yenidən test verəcək: “Guman edirik ki, virusa yoluxanların sayı artıq ola bilər”.