Rusiyalı futbol hakimi saxlanıldı- Latviyadabackend

Latviya polisi bir neçə gün əvvəl rusiyalı sabiq hakim Pavel Stipidini saxlayıb.

Sportfan.az-ın məlumatına görə, bu haqda Rusiya mətbuatı məlumat yayıb. O, totalizatorlarda maxinasiya etməkdə şübhəli bilinib. Hazırda UEFA bununla əlaqədar Latviya polisi ilə birgə çalışır. Söhbət beynəlxalq oyunlar zamanı totalizatora işləməklə çoxlu sarı vərəqə göstərməkdən gedir.

Stipidi hazırda azadlıqdadır. Bir neçə gün əvvəl o, vətəni Rusiyada görünüb.

İddia edilir ki, Stipidi bu məsələdə tək olmayıb. Ona rusiyalı FİFA referisi Sergey Lapoçkin yardım edib. Əgər bu ittihamlar təsdiqini tapsa, bu halda UEFA Lapoçkini futboldan ömürlük ömürlük uzaqlaşdıra bilər