Sabah-da rəsmi ayrılıqbackend

“Sabah” müqavilə müddəti bitən komandanın kapitanı Ruslan Abışovla yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Millimizin sabiq üzvü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı.

Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.