Sabah-da yeni müqaviləbackend

Sabah 36 yaşlı qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 1 ildir.

Stamenkoviç bu komandada 2018-ci ildən çıxış edir. Serbiyalı qolkiper Sabah-da ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə cəmi 64 oyuna (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) çıxıb.