“Sabah” millimizin üzvü ilə müqaviləni yenilədibackend

“Sabah” futbolçusu Ozan Can Kökçü ilə yeni müqavilə bağlayıb.

Sportfan.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi paytaxt klubunda 19 oyun keçirib, 1 qola imza atıb.

Qeyd edək ki, Kökçünün “Sabah”la əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.