“Sabah”da daha bir ayrılıqbackend

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Sportfan.az xəbər verir ki, yarımmüdafiəçi Elgün Nəbiyev paytaxt klubunu tərk edib.

Baş məşqçi postunda dəyişiklik edən “Sabah” rəhbərliyi 24 yaşlı Nəbiyevin gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verib.