Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” komandasının yeni baş məşqçisi artıq Azərbaycandadır.
Klubun Mətbuat xidmətindən Sportfan.az-a verilən məlumata görə, 48 yaşlı mütəxəssis artıq Bakıdadır.
İspaniyalı mütəxəsis gün ərzində komandanın təlim-məşq toplanışı keçdiyi Qəbələyə yollanacaq.
Qeyd edək ki, Visente Qomes mövsümün sonunda istefaya göndərilən Jelko Sopiçi əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.