Sabiq “Barselona”lı “Çelsi”dəbackend

İngiltərənin “Çelsi” klubu yeni futbolçu transfer edib.

Sportfan.az  “Goal” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi son olaraq İspaniya “Barselona”sında çıxış edən Ksavye Mbuyamba ilə müqavilə imzalayıb.

18 yaşlı hollandiyalı müdafiəçi 3 illik sözləşməyə qol çəkib. O, “Çelsi”yə azad agent kimi keçib.

Qeyd edək ki, Ksavye Mbuyamba “Barselona”da debüt etməyib və klubun U-19 komandasında oynayıb.