Sabiq baş məşqçisini qaytarır- “Benfika”backend

Braziliyanın “Flamenqo” komandasına rəhbərlik edən Jorji Jezuş Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi olacaq.

Sportfan.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis klubun təklifini qəbul edib.

Portuqaliyalı baş məşqçinin hazırkı komandası ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Jezuş sözləşmənin vaxtından əvvəl ləğv olunması barədə danışıqlar aparır.

O, artıq yeni komandası ilə razılığa gəlib, lakin müqavilənin detalları hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Jorji Jezuş 2009 – 2015-ci illərdə “Benfika”ya rəhbərlik edib. O, komanda ilə 3 dəfə ölkə çempionluğunun, bir dəfə isə kubokunun qalibi olub.