Sabiq futbolçu güllələnərək öldürüldübackend

Sabiq futbolçu Roman Bezzubov güllələnib.

Busaat.az “Jauns.lv”a istinadən xəbər verir ki, hadisə Latviyanın paytaxtı Riqada baş verib. “Qunara Astras” küçəsində qara rəngli “BMW X5” markalı avtomobillə hərəkət edən şəxslər keçmiş oyunçuya atəş açıblar. Hadisə nəticəsində Bezzubov dünyasını dəyişib. Latviya polisi müəyyənləşdirib ki, qətli törədən şəxslər ən az 2 nəfərdilər.

Qeyd edək ki, Bezzubov ölkəsində “Politsiya”, “Dauqava”, “Venta” və “Yurmala” kimi komandalarda çıxış edib və 300-dən çox oyun keçirib. O, karyerasını bitirdikdən sonra futbol meneceri işləyib.