Sabiq komanda yoldaşları yenidən bir yerdə çıxış edə bilərbackend

Mario Mandzukiç və Mario Götze yenidən eyni komandada çıxış edə bilər.

Sportfan.az-ın xəbərinə görə, hər iki futbolçunun “Fiorentina”ya keçmək variantı yaranıb.

Müvafiq olaraq “Əl-Duhail” və Dortmund “Borussiya”sından ayrılan oyunçular hazırda azad agentdirlər. “Bavariya”da onlarla çiyin-çiyinə çıxış etmiş Frank Riberi futbolçuları Florensiya klubuna keçidə razı salmağa çalışır. Tərəflər arasında danışıqlarda fransalı yarımmüdafiəçi qeyri-rəsmi vasitəçidir.