Sabiq “Neftçi”li klubunu dəyişdi- Rumınıyadabackend

“Neftçi”nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubununun adına aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Rumınyanın “Arçeş” klbunda davam etdirəcək. Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb“Arçeş” növbəti mövsüm əsas liqada mübarizə aparmaq üçün vəsiqə əldə edib.

Qeyd edək ki, D.Meza Kollinin son klubu Rumınyanın digər bir komandası “Petrolul” olub. O, 2013-2015-ci illərdə “İnter” (hazırkı “Keşlə”), 2015-ci ildə “Qəbələ”, 2017-2018-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Xatırladaq ki, D.Meza Kolli “Keşlə”nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.