Sabiq “Qalatasaray”lı meydanda huşunu itirdi – Videobackend

Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.

Sportfan.az xəbər verir ki, fransalı hücumçu yerli çempionatın 26-cı turunda səfərdə “Əl-Əhli” keçirilən matçın (2:1) 12-ci dəqiqəsində huşunu itirib. O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və matçın sonunadək meydanda olub.

Qeyd edək ki, 35 yaşlı forvard 2017/2018 mövsümündə “Qalatasaray”da çıxış edərkən “Kasımpaşa” ilə matçda da huşunu itirmişdi. O, ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında bu vəziyyətlə üzləşib.