Sabiq “Qarabağ”lı klubunu məhkəməyə verdibackend

“Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç klubu “Valdhof”u tərk edib.

Sportfan.az xəbər verir ki, xorvatiyalı qolkiperin ayrılığı qalmaqallı alınıb.

Koronavirus pandemiyası səbəbindən rəhbərlik tərəfindən maaşı azaldıldığı üçün 31 yaşlı qapıçı bu qərara gəlib. O, Bundesliqa III təmsilçisini hətta məhkəməyə də verib. Varvodiç 1000 avrosunun kəsildiyini və Mannheym klubundan həmin məbləği tələb etdiyini açıqlayıb.

Qeyd edək ki, Miro Varvodiç 2012-ci ilin yayından 2013-cü ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib