İtaliya A seriyasında qalmağı təmin edən “Sampdoriya” baş məşqçisi Klaudio Ranyeri barədə qərarını açıqlayıb.
Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Genuya təmsilçisi Ranyerini postunda saxlayıb.
Rəhbərlik 68 yaşlı mütəxəssisə artıq yeni 1 illik müqavilə təklif edib. Ranyeri razılıq verərsə, gələn ilin yayına qədər olan sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər olacaq.
Qeyd edək ki, “Sampdoriya” 35 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.