Santi Kazorla “Əl-Sədd”də- Rəsmibackend

Qətərin “Əl-Sədd” klubu “Vilyareal”ın futbolçusu Santi Kazorlanı heyətinə cəlb edib.

Sportfan.az xəbər verir ki, bu barədə klub rəsmi Tvitter hesabında məlumat yayıb. Bildirilib ki, 35 yaşlı ispan yarımmüdafiəçi müqavilə imzalamaq və komandaya qoşulmaq üçün yaxın vaxtlarda Dohaya gələcək.

Qeyd edək ki, Santi Kazorla bu mövsüm La Liqada 35 oyuna çıxaraq 11 qol vurub və 10 qolun ötürməsini verib.

Xatırladaq ki, “Əl-Sədd”i “Barselona” və İspaniya millisinin sabiq üzvü Xavi Ernandez çalışdırır.