Sarri məşhur klubla razılığa gələ bilmirbackend

Lazio-nun nümayəndələri komandanın baş məşqçi postuna namizədlərdən olan Mauritsio Sarri ilə görüşüb.

Sportfan.az xəbər verir ki, tərəflər maaş məsələsində razılığa gələ bilmirlər. Bu barədə italyan jurnalist Fabrisio Romano özünün tvitter hesabında məlumat yayıb.

Sarri Lazio rəhbərliyindən ildə 4 milyon avro istəyir. Paytaxt təmsilçisinin nümayəndələri isə italyan mütəxəssisə 2,5 milyon avro və əlavə bonuslar verməyi planlaşdırır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Lazio-da bir müddət əvvəl baş məşqçi Simone İnzaqi ilə yollar ayrılıb.