Sarri “Yuventus”dan təzminat tələb edirbackend

“Yuventus”un sabiq baş məşqçisi Mauritsio Sarri klubdan təzminat tələb edir.

Sportfan.az “Football Italia”ya istinadən xəbər verir ki, o, müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq niyyətində deyil. 61 yaşlı mütəxəssis bununla bağlı “Yuventus”a güzəştə getməyib.

Qeyd edək ki, əgər müqavilə Sarri tərəfdən də könüllü şəkildə ləğv olunsa, bu halda məşqçi 2022-ci ilin yayına qədər ona çatmalı olan 5,5 milyon avronu almayacaq. Onun bu sənədi yalnız əlavə təzminat alacağı halda pozacağı və şikayət etməyəcəyi iddia edilir.

Xatırladaq ki, italyalı mütəxəssis “Yuventus”un ÇL-i 1/8 finalında mübarizəni dayandırmasından sonra istefaya göndərilib. Onun yerinə Andrea Pirlo gətirilib.