İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SPORTFAN.AZ klubun saytına istinadən xəbər verir ki, A seriya təmsilçisi “Fortuna”nın (Düseldorf) müdafiəçisi Kaan Ayhanı sıralarına qatıb. Türkiyə millisinin üzvü ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, 25 yaşlı oyunçu 2019/2020-ci illər mövsümündə Bundesliqada 31 matça çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini verib.