“Səbail” “Aftandil Hacıyevlə bağlı qərarını verdi- RƏSMİbackend

“Səbail” klubunda baş məşqçi Aftandil Hacıyevin taleyinə aydınlıq gəlib.

Sportfan.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki , 39 yaşlı mütəxəssislə müqavilənin müddəti uzadılıb.

Gənc baş məşqçi 2020/2021 mövsümündə də komandanın sükanı arxasında olacaq. Klub Aftandil Hacıyevin köməkçiləri ilə də razılıq əldə edib.

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən “Səbail”in baş məşqçisidir. O, 2018/2019 mövsümündə komanda ilə çempionatın bürünc medalına sahib olub və Avropa Liqasına vəsiqə qazanıb.