Səbail-də iki ayrılıqbackend

“Səbail” klubu futbolçuları Florian Kadriu və Milovan Petroviklə yollarını ayırıb.

Sportfan.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki legionerin başa çatan müqaviləsi yenilənməyib.

Şimali Makedoniyadan olan oyunçulardan Petrovik 2020-ci ilin iyulunda, Kadriu isə avqustda “Səbail”ə keçib.