“Səbail” “Zirə”yə qarşı – YENİLƏNİRbackend

Azərbaycan Premyer Liqasında II tur davam edir.

Sportfan.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.

Günün yeganə matçı Bakıda baş tutacaq. “ASCO Arena”da təşkil olunacaq görüşdə “Səbail” “Zirə”ni qəbul edəcək.

İlk turda “Neftçi”yə uduzan Aftandil Hacıyevin yetirmələri ilk xallarını evdə qazanmağa çalışacaq. Aktivində bir heç-heçə olan Rəşad Sadıqovun kollektivi isə gənc çalışdırıcıya ilk qələbə sevinci yaşatmaq niyyətindədir.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Sentyabrın 13-də yekun vurulacaq turun son günündə “Sabah” “Qəbələ”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur
12 sentyabr (şənbə)
19:00. “Səbail”– “Zirə”

Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”