“Səbail”də növbəti ayırılıq – Rəsmibackend

“Səbail” daha bir futbolçusu ilə yolları ayırıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Eriko da Silvanın başa çatan müqaviləsi yenilənməyib.

Braziliyalı müdafiəçi ötən ilin yayından paytaxt təmsilçisində çıxış edirdi. O, bu müddətdə 12 oyunq 1 qol vurub.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov və Maykl Essyenlə də vidalaşıb.