“Səbail”də yeni müqavilələrbackend

“Səbail” klubu 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat xidmədinin rəhbəri Törə Əhmədova məlumat verilib. Yerli futbolçulardan Orxan Qurbanlı, Bahadur Həziyev və Elçin Rəhimli növbəti mövsümdə də komandada qalacaq.

İranlı mərkəz müdafiəçisi Peyman Keşavarz da 2020/2021 mövsümdə “Səbail”in formasını geyinəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu komanda aparıcı futbolçuları Rahid Əmirquliyev və Rauf Əliyevlə də razılıq əldə etməyə çox yaxındır.