“Səbail”dən “Persebaya”yabackend

Ali Sesay “Səbail”lə yollarını ayırıb. Sportfan.az xəbər verir ki, sierra-leoneli futbolçunun yeni klubu da artıq bəlli olub.

Belə ki, “Persebaya” ilə anlaşam 28 yaşlı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək.

Məlumatı Superliqa təmsilçisinin mətbuat katibi Ram Surahman da təsdiqləyib. O, futbolçu ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, “Lester”in yetirməsi olan Sesay son il yarımda karyerasını Azərbaycanda davam etdirərək, “Səbail”lə yanaşı, “Zirə”də də çıxış edib.