“Səbail”in kapitanı karyerasını bitirdi- 28 yaşındabackend

“Səbail”in kapitanı Eltun Yaqublu futbolçu karyerasını başa vurub.

Sportfan.az xəbər verir ki, bu barədə o, özünün “İnstaqram” hesabında yazıb. 27 yaşlı oyunçu bu qərarının səbəbi barədə məlumat verməyib:

“Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım  “Səbail” rəhbərliyinə, məşqçilər korpusuna, mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar…”.

“Səbail” də rəsmi “Feysbuk” səhifəsi vasitəsi ilə E.Yaqubluya  dörd gözəl və emosional mövsüm üçün təşəkkür edib, ona uğurlar arzulayıb.

Qeyd edək ki, 2016/17 mövsümündən “Səbail”də çıxış edən Yaqublu karyerası ərzində AZAL, “Sumqayıt”, “Neftçi” və “Qarabağ”da da oynayıb.