“Səbail”in yeni transferi Bakıdabackend

“Səbail”in yeni transferi Florian Kadriu Bakıya gəlib.

Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis bildirib ki, Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir: “Detallar müzakirə olunur. Danışıqlar yekunlaşmaq üzrədir”.

Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarının formasını geyinib.(report.az)