Səlçuk İnan karyerasını başa vurdubackend

“Qalatasaray”ın kapitanı Səlçuk İnan karyerasını başa vurub.

Sportfan.az xəbər verir ki, bunu yarımmüdafiəçi özü açıqlayıb.

O bildirib ki, karyerasını bitirməyin vaxtı çatıb: “Təəssüf ki, hər şeyin sonu var. Bu da bitdi. Hər sonun da bir başlanğıcı var. Bundan sonra nə olacağına baxacağıq”.

Türkiyə millisinin sabiq üzvünün yeni işi də artıq məlumdur. “Qalatasaray”da qalacaq 35 yaşlı keçmiş orta sahə oyunçusu baş məşqçi Fatih Terimin köməkçisi kimi fəaliyyət göstərəcək. Terim mətbuata açıqlamasında yetirməsinin bundan sonra məşqçilər korpusunda yer alacağını söyləyib.

Qeyd edək ki, karyerası ərzində “Dardanelspor”, “Manisaspor” və “Trabzonspor”da çıxış etmiş Səlçuk İnan 2011-ci ildən “Qalatasaray”ın formasını geyinib. O, Türkiyə yığmasında 61 oyun keçirib, 8 qola imza atıb.