Şenol Güneş: “Azərbaycan millisi müdafiə anlayışı ilə oynayan komandadır”backend

“Azərbaycan millisi ilə ötən il də oynamaq fikrimiz var idi. Amma pandemiya səbəbindən görüş baş tutmadı”.

Sportfan.az  xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis Canni De Byazinin başçılıq etdiyi kollektivin müdafiə anlayışı ilə oynadığını bildirib. Lakin o, əsas məqsədlərinin toplanışın ilk dönəmində sistem baxımından müəyyən rotasiyalar etmək və bəzi oyunçuları iş başında görməkdən ibarət olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.