Sərbəst güləşçilərimiz Polşada çıxış edəcəkbackend

Sabah Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək. Sportfan.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.

Yarışın proqramına əsasən, sabah Hacı və Şərif, iyunun 9-da isə Hacımurad mübarizəyə start verəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.