Sergen Yalçın koronavirusdan sağaldıbackend

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın koronavirusdan sağalıb.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, onun koronavirus testi mənfi çıxıb.

Qeyd edək ki, sentyabrın 12-i koronavirusa yoluxduğu açıqlanan S.Yalçın bu səbəbdən “Trabzonspor” və “Antalyaspor”la görüşləri buraxmışdı.