“Şerif” 24 futbolçu sifariş etdi- “Qarabağ”la oyun üçünbackend

Moldova klubu “Şerif” Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunun iştirak ərizəsini UEFA-ya göndərib.

Sportfan.az xəbər verir ki, baş məşqçi Zoran Zekiç Bakıdakı qarşılaşma üçün 24 futbolçunu sifariş edib.

Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur. “Zirə”dən bu yay “Şerif”ə keçən Riçard Qadze də iştirak ərizəsində yer alır.

Qapıçılar: 1. Dumitru Seleadnik, 12. Mihail Sioban, 33. Sergey Peşenko
Müdafiəçilər: 3. Çarles Petro, 6. Aleç Madimu, 11. Andrey Peteleu, 15. Kristiano, 25. Lon Danilov, 32. Valeriu Qayu, 35. Yevgeni Pleşko, 44. Andrey Lukiç, 70. Fatih Obilor, 91. Usman Ndiaye
Yarımmüdafiəçilər: 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 18. Uilyam Parra Sinisterra, 55. Benedik Mioç, 70. Qabriel Boban
Hücumçular: 9. Peter Uilson, 24. Yevgeni Qliqa, 43. Riçard Qadze, 77. Anatoli Abanq

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu 20:00-da başlayacaq.