Səudiyyə Ərəbistanı futbolunda kütləvi yoluxma- 50 futbolçu, 47 məşqçibackend

Səudiyyə Ərəbistanında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Sportfan.az-ın məlumatına görə, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında idman məşqləri iyunun 21-dən bərpa olunub.