“Sevilya” 6-cı dəfə Avroliqanın qalibi oldubackend

Bu gün Avropa Liqasında 2019-2020 mövsümünə yekun vurulub.

Sportfan.az xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay bərpa olunan turnirin final oyununda i “Sevilya” Milan “İnter”i ilə qarşılaşıb.  İspaniya klubu 3:2 hesabı ilə qalib gələrək rekord sayda – 6-cı dəfə bu turnirin qalibi olub.

Bu mövsüm yarışa “Qarabağ”ın da yer aldığı A qrupunda başlayan “Sevilya” 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda “Roma” (İtaliya), 1/4 finalda “Vulverhempton” (İngiltərə) və yarımfinalda “Mançester Yunayted”i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə Çempionlar Liqasından qoşulan “İnter” isə “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) və “Slaviya” (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda “Ludoqorets” (Bolqarıstan), 1/8 finalda “Xetafe” (İspaniya), 1/4 finalda “Bayer” (Almaniya) və yarımfinalda Ukrayna “Şaxtyor”unu məğlub edib.

21 avqust

Avropa Liqası

Final

23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya) – 3:2
Qollar: 
Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. “Reyn Energi” stadionu.