“Sevilya” Susonu transfer etdibackend

İspaniyanın “Sevilya” klubu icarə əsasında komandada çıxış edən Susonu birdəfəlik transfer edib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İtaliya təmsilçisi “Milan”dan alınıb. Onunla 5 illik müqavilə imzalanıb.

Transferin məbləği açıqlanmayıb, lakin “Sevilya”nın bu keçid üçün 24 milyon avro ödədiyi iddia olunur.

Qeyd edək ki, Suso cari mövsüm bütün turnirlər daxil olmaqla 19 matçda meydanda olub və 1 qol vurub.